FHN əməliyyat görüntülərini yayıb - VİDEO

Xəbərlər

09.08.2022 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

İnsanların həyatının xilas olunması təmin edilib

Ötən sutka ərzində 32 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda mobil rabitə operatorun qülləsinə çıxaraq intihara cəhd edən 1 nəfər və Masallı rayonunun Öncəqala kəndində su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalmış 1 nəfər azyaşlı xilas edilib.

Əməliyyat görüntülərini təqdim edirik:

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş