FHN-dən Xırdalandakı partlayışla bağlı<font color=red> MƏLUMAT</font>

Hadisə

26.01.2021 - 11:13

Partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir

 

Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə partlayış nəticəsində uçqunun baş verdiyi ikimərtəbəli fərdi evdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Ümumilikdə əməliyyata nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər, 19 texnika və xüsusi təlim keçmiş 4 it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər və 3 texnika cəlb olunub.

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az