Fəzail Ağamalının partiyasında qalmaqal: oğlu və qızı sədr postu uğrunda...

Cəmiyyət

25.10.2025 - 20:16

Fəzail Ağamalı: “Elçin Ağamalı qurultayın işini pozmaq istəyib”

Elçin Ağamalı: “AVP-nin bu gün keçirilən növbədənkənar qurultayında mən partiyanın yeni sədri seçilmişəm”

Günay Ağamalı: “Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır”

Ana Vətən Partiyasının (AVP) bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb. AYNA.AZ xəbər verir ki, AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.

Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb. Fəzail Ağamalı APA-ya açıqlamasında deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

“AVP-nin bu gün keçirilən növbədənkənar qurultayında mən partiyanın yeni sədri seçilmişəm”. Bunu isə açıqlamasında Elçin Ağamalı deyib. Ildirib ki, qurultayda atası F.Ağamalı sədr postundan istefa verib: "Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultay nümayəndələrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə mən sədr seçildim”.

“Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır”. Bunu isə açıqlamasında Günay Ağamalı səsləndirib.

G.Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb: “Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.

Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin deputatıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş