Millət vəkilinin anlaşılmaz çıxışı nəyin əlamətidir - <font color=red> HƏKİM RƏYLƏRİ</font>

Cəmiyyət

30.10.2019 - 16:08

Rəşid Mahmudov: "Elə adamların istefasını gözləmək doğru deyil, çıxarıb atmaq lazımdır"

 

Bir neçə gündür ki, sosial medianı deputat Xanhüseyn Kazımlının, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntü zəbt edib. Görüntülərdən aydın olur ki, millət vəkili fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır.

 

Deputatın sözügedən  videosunu izləyən sosial şəbəkə istifadəçiləri X.Kazımlının səhhəti ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. İddia olunur ki, deputat ciddi xəstəliyə düçar olub.

 

Qeyd edək ki, X.Kazımlı Milli Məclisin son iclasında da çıxış etmək üçün söz istəyib və eynən məlum vidoedakı kimi rabitəsiz danışıb. Deputatın çıxışı Milli Məclisdə gülüş doğurub və onun iclasa içkili vəziyyətdə gəldiyi ehtimal olunub.

 

Maraqlıdır, deputatın anlaşılmayan çıxışları nədən xəbər verir? Həkimlər bu barədə necə düşünürlər?

 

AYNA-ya danışan tanınmış həkim Rəşid Mahmudov deyib ki, Xanhüseyn Kazımlının həkimə ehtiyacı var: “Millətin də, dövlətin də dəyəri onun ziyalısıdır. Bir ziyalı ki, yaltaqdır, vay o millətin halına. Onların hamısını ziyalılıqdan çıxarmaq lazımdır. Bunu isə biz - sən, mən etməliyik".

Rumiyyə Miraslan


Ramanada faciə

Dünən, 17:26 Hadisə