Qalıqlar Birinci Qarabağ müharibəsində şəhid olmuş vətəndaşlarımıza aiddir
Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.
AYNA xəbər verir ki, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Qeyd edək ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

