"Fənərbağça" Mesut Özillə yollarını ayırıb

İdman

11.07.2022 - 18:28

Həkimlər Klinikalar SEO Xidməti

Təcrübəli oyunçu İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mesut Özillə yollarını ayırıb.

AYNA "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yanvarında İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş