Estoniyadan ukraynalı qaçqınlar barədə qərar

Dünya

01.04.2025 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Mayın 1-dən ictimai nəqliyyatdan pulsuz istifadə hüququnu itirəcəklər

Estoniya qeydiyyatında olmayan ukraynalı qaçqınlar may ayından etibarən Tallində ictimai nəqliyyatdan pulsuz istifadə hüququnu itirəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Qərara əsas kimi qaçqınların əksəriyyətinin şəhərdə qeydiyyatının olması göstərilib.

“Tallin şəhərinin qeydiyyatdan keçmiş sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə hüququna malikdirlər. Ona görə də ukraynalı qaçqınlar üçün ayrıca pulsuz istifadə hüququnun saxlanmasına ehtiyac yoxdur”, - qeyd edilib.

Qərar bu il mayın 1-dən qüvvəyə minəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş