Paşinyan Mnatsakanyanı istefaya göndərəcəyini demişdi
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib. AYNA düşmən ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarixi İşlər Nazirliyinin mətbuat katibi Anna Naqladyan məlumat yayıb.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan hakim “Mənim addımım” Partiyasının deputatları ilə görüşündə Mnatsakanyanı istefaya göndərəcəyini bildirmişdi.