“Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylər davam etdiriləcək”

Xəbərlər

13.11.2024 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Ayxan Hacızadə: “Təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir”

“Hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək”.

AYNA APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN rəsmisi qeyd edib ki, bu, davamlı prosesdir: “Təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir”.

Müəllif: Ayna.az