Ermənistanın məhv edilmiş postunun şəxsi heyəti arasında itkilər var

Xəbərlər

13.02.2024 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

“Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur”

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

“Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az