Ölənlər Arman Rubikoviç Babacanyan və Artur Haykoviç Poqosyandır
Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.