Ermənistandan Rusiyaya gedən yeganə yol yük avtomobilləri üçün bağlandı

Dünya

30.04.2023 - 18:34

cedabet dərman SEO Xidməti

Yolun Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti gecə-gündüz yalnız uçqun tunelləri vasitəsilə həyata keçirilir.

Yuxarı Lars keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol yük maşınları üçün bağlanıb. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib ki, yolun bağlanması əlverişsiz hava şəraiti ilə əlaqədar həyata keçirilib.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb”, - məlumatda deyilir.

Yüngül avtomobillərin keçməsinə icazə verilir. Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti gecə-gündüz yalnız uçqun tunelləri vasitəsilə həyata keçirilir.

Gürcüstan Hərbi Magistralı hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş