Ermənistanda zəlzələ: Azərbaycanda da hiss olunub

Hadisə

29.05.2022 - 23:45

Zəlzələ sərhəd rayonlarımızda 3 bala qədər hiss olunub

Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən məlumata görə, yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə alınmışdır.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Müəllif: Ayna.az