Düşmən ölkədə koronavirusa yoluxanların sayı 4500 nəfərə çatıb
Ermənistanda COVID-19-a yoluxanların sayı 4500 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, son 24 saat ərzində düşmən ölkədə 189 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 4 min 472 nəfər olub. Bu günə kimi Ermənistanda 60 nəfər virusdan ölüb. Onlardan 5-i son sutka ərzində dünyasını dəyişib.
Qeyd edək ki, Ermənistanda koronavirusla əlaqədar martın 16-dan fövqəladə vəziyyət elan olunub. Hökumətin qərarı ilə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.