Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1469 yoluxma halı qeydə alınıb.
AYNA “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 414 764 nəfərə çatıb.
Son sutka ərzində virusdan 30 nəfər ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 8308 nəfərə yüksəlib.