Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib
Ermənistansa yüksək vəzifəli hərbçilərin həbsi davam edir. AYNA erməni mediasına istinadən bildirir ki, Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.
Məlumata görə, Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun həbsi Baş Qərargahda vəzifə tutan şəxslər arasında ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu açıqlamışdı. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Qalstyan da həbsdədir.