Ermənistan XİN: “İrəvan Bakının sülh sazişi üzrə təkliflərinə cavab verib”

Xəbərlər

21.11.2023 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”

“İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib”. AYNA xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda əksini tapıb.

“Ermənistan Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib. Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - deyə XİN-in məlumatında vurğulanıb.

Müəllif: Ayna.az