GALLUP Beynəlxalq Assosiasiyası sorğunun nəticələrini açıqlayıb
Ermənistan vətəndaşlarının 67 faizdən çoxu Baş nazir Nikol Paşinyana etibar etmir. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə mətbuat konfransında GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.
Onun sözlərinə görə, iyulun 25-də Baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. “Baş nazirin cavablarına etibar etmək olarmı” sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i “daha çox müsbət”, 13,1%-i “daha çox güvənmirəm”, 54,4%-i isə “etibar etmirəm” cavabını verib. Sorğu iştirakçılarının 1,8% cavab verməkdə çətinlik çəkib.
"Biz görürük ki, vərəndaşların 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - Navasardyan bildirib.