Ermənistan Təhlükəsizlik Şurasının katibindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Aktual

28.10.2021 - 14:38

Həkimlər Klinikalar SEO Xidməti

Armen Qriqoryan: “Türkiyə Prezidentindən bu barədə heç bir açıqlama görməmişəm”

“Biz dəfələrlə qeyd etmişik ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsini müzakirə etməyə hazırıq”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiya ilə də müzakirə olunur: “Düşünürəm ki, bu işə başlamaq bizim üçün daha səmərəli olacaq. Çünki həm biz, həm də Türkiyə tərəfi müsbət impulsların olduğunu və münasibətləri normallaşdırmağa başlaya biləcəyini qeyd etmişik”.

Zəngəzur dəhlizi ilə bağlı suala isə Armen Qriqoryan belə cavab verib: “Türkiyə Prezidentindən bu barədə heç bir açıqlama görməmişəm. Bu yaxınlarda Füzulidə aeroportun açılışı zamanı bir kəlmə də eşitmədim”.

Qriqoryan qeyd edib ki, Ermənistan yolun dəhliz adlandırılmasına qarşıdır və bu çərçivəsində heç bir məsələni müzakirə edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş