Ermənistan Parlamentində dava düşüb

Dünya

14.05.2025 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Levon Köçəryan və Akop Arşakyan mübahisə ediblər

Ermənistan Parlamentinin vitse-spikeri Akop Arşakyanın çıxışı zamanı iclas zalında vəziyyət gərginləşib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, iclasda iqtidar fraksiyadan olan deputatlarla müxalifət nümayəndələri arasında qızğın mübahisə baş verib.

Hər şey “Ermənistan” fraksiyasından olan deputat, sabiq Prezident Robert Köçəryanın oğlu Levon Köçəryanın çıxışı ilə başlayıb. Ailəsinə qarşı quldurluq ittihamlarına münasibət bildirən deputat deyib ki, “əgər bu həqiqət olsa, ya hakimiyyətlə dil tapmağa çalışardılar, ya da hər şeyi satıb gedərdilər”.

“Biz heç birini etmədik”, - Köçəryan deyib.

Bundan sonra o, hakim partiyaya xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı fraksiya həmkarlarını təhqir edib, onları “böyük oğlan” adlandırıb: “Ertəsi gün o Moskvaya getdi. Bu videoları görmüsünüzmü? Bəs bundan sonra “böyük oğlan” kimdir? Yaxud həmkarıma onu zaldan qovacağını deyən Alen Simonyan... Alen Simonyan o kürsüdən atılanda daha diqqətli olmalıdır”.

Bu çıxış vitse-spiker Akop Arşakyanı hiddətləndirib və o növbəsiz söz alıb: "Cənab Levon Köçəryan, nə vaxt və harada dayanacağını bil! Sənə dediklərimə qulaq as... Otur və qulaq as! Sakitləş və buradan get", - Arşakyan yüksək səslə deyib.

Bundan sonra iqtidarla müxalifətdən olan deputatlar arasında əlbəyaxa dava başlayıb. Köçəryanın özü də tələsik iclas zalını tərk edib.

Xatırladaq ki, mayın 7-də parlamentdə hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin korrupsiyanın miqyası ilə bağlı sualından sonra özündən çıxıb. Hakimiyyətlə müxalifət nümayəndələri arasında mübahisə başlayıb və görüş müvəqqəti olaraq dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş