Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edilib

Dünya

09.08.2021 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

Armen Sarkisyan yeni təyinatlarla bağlı sərəncam imzalayıb

 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

 

Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri vəzifəsində işləyib.

 

Prezidentin sərəncamına görə, Vaqram Qriqoryan isə ordunun 2-ci korpusunun komandiri vəzifəsinə təyin edilib.

 

Yeni təyinatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın təkliflərinə əsasən imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş