İrandakı səfir Türkmənistana səfir, onun yerinə isə Qriqor Akopyan təyin edilib
Ermənistan İran, Suriya və Türkmənistana yeni səfirlər təyin edib. AYNA erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan müvafiq fərmanlar dərc edib.
Sərəncama əsasən, Ermənistanın Suriyadakı diplomatik missiyasına Ermənistanın Türkmənistandakı səfiri kimi missiyasını başa vurmuş Ruben Xarazyan rəhbərlik edəcək.
Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avakyan Türkmənistana səfir, onun yerinə isə Qriqor Akopyan təyin edilib.