Ermənistan Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərinə münasibət bildirilib - RƏSMİ

Xəbərlər

08.06.2022 - 18:32

Həkimlər Klinikalar SEO Xidməti

XİN: "Bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir"

8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib. AYNA Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

"Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir. Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş