Erməni mediasının ABŞ-ın Azərbaycana hərbi yardımı barədə əsassız iddiaları

Siyasət

06.05.2021 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Müqavilədə öldürücü silah kimi təsnif ediləcək heç bir silahın olmadığı xüsusi olaraq qeyd edilir

 

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ABŞ-ın Azərbaycana ayıracağı hərbi yardımın antiterror xarakterli olduğunu qeyd edib.  Bu barədə politik.am internet nəşrinin yaydığı məqalədə deyilir. Məqalə müəllifi qeyd edir ki, Azərbaycan ABŞ-ın bu köməyi çərçivəsində aldığı silahları  “DQR”ə  qarşı istifadə edə bilər. Çünki Azərbaycan “DQR”də  terrorçuların olduğunu  elan edib.

 

AYNA bildirir ki, Saxta.info erməni nəşrinin ABŞ hərbi yardımı ilə bağlı  ehtimalını nəzərdən keçirib.

 

Xatırladaq ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi yardım göstərməsinin qarşısını alır. Ancaq 2001-ci ildə ABŞ Konqresi, ölkə prezidentinə 907-ci düzəlişin müvəqqəti dayandırılması səlahiyyəti verən  qərar qəbul edib. O vaxtdan bəri bu qərar hər il yenilənir. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden administrasiyası bu il may ayının 4-də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasını uzadıb.

 

Açıq mənbələrdə yer alan məlumatlara görə, 2002-ci ildən 2019-cu ilədək ABŞ-ın Azərbaycana yardımı 411,6 milyon dollar təşkil edib.  Bu vəsait 20-dən çox təhlükəsizlik layihəsi üzrə bölünüb. Bura həcmi 51 milyon dollar olan "xarici hərbi maliyyələşdirmə" layihəsi daxildir. Layihə əsasən, hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantdan ibarətdir. Digər 37 milyon dollarlıq layihə isə  silahların yayılmaması, terrorçuluğa qarşı mübarizə, minalardan təmizlənməni nəzərdə tutur.

 

Konqres üzvü Speyer: “ABŞ Azərbaycana 100 milyon dollar yardım edib, Ermənistana isə heç nə verilməyib”

Həmişəki kimi, ABŞ Dövlət Departamenti, Pentaqon, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyi  hərbi yardımın məzmunu barədə heç bir şərh vermir.

 

ABŞ-ın Bakıdakı səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisinin (Office of Defense Cooperation (ODC)) saytında  ümumi məlumat yayımlanır. Müxtəlif proqramlar çərçivəsində ABŞ şirkətləri və müttəfiq ölkələrin Azərbaycanın hərbi dəniz qüvvələri üçün avadanlıq tədarükü ilə bağlı müqavilələr aldığı bildirilir. 

 

Səfir Linn Treysinin şərhləri Vaşinqtonun köməyinin əvvəllər olduğu kimi Azərbaycanın dəniz sərhədlərini möhkəmləndirmək, dənizdə kəşfiyyat məlumatları toplamaq üçün hazırlanmış hərbi avadnlıqdan ibarət olacağını deməyə əsas verir.

 

Beləliklə, keçən ilin avqust ayında ABŞ istehsalı olan 15 kiçik motorlu katerin Azərbaycana tədarükü haqda xəbərlər verilib. Bu proses  Amerikanın  United States Marine Inc. Şirkətinin 4 Avqust 2020-ci il tarixində ABŞ Müdafiə Nazirliyi ilə 7.572 milyon dollar dəyərində bağladığı müqavilə çərçivəsində reallaşdırılıb.  Prosesin 2022-ci ilin aprel ayına qədər tamamlanması gözlənilir. Bu barədə  Navy Recognition  nəşri məlumat verib. Podaratçı  ABŞ Hərbi-Dəniz Donanmasıdır.  Katerlər liman patrulları, sərnişin daşınması, dalğıc, evakuasiya və pilotsuz sistem əməliyyatları üçün nəzərdə tutulub.

 

Həmçinin ABŞ Müdafiə Nazirliyinin 2018-ci maliyyə ilində Azərbaycanın sərhəd və gömrük xidmətlərinə  58,6 milyon dollar, 2019-cu ildə isə 42,9 milyon dollar ayırdığı məlumdur. Maliyyələşdirmə planları ABŞ-ın Azərbaycana verdiyi hərbi yardımın əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artdığını və demək olar ki, bölgədəki digər ölkələrə verilən yardımlardan çox olduğunu göstərir.

 

Yeni maliyyələşdirmə paketi "transmilli təhdidlərə qarşı mübarizə", həmçinin  təhlükəsizlik qüvvələrinnin sərhədləri qorumaq, terror əməliyyatlarını aşkarlamaq və qarşısını almaq, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə aparma və böhranlara cavab vermə qabiliyyətini inkişaf etdirməklə Azərbaycanda sabitliyə yardım məqsədi daşıyır.

 

Vəsait 15 sürət gəmisi, 14 sualtı hədəf aşkarlama sistemi, 25 pikap və 34  xizəkli-tırtıllı maşın daxil olmaqla nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Azərbaycan üçün yardım paketində radiolar, dəniz radarları, avtomatik identifikasiya sistemi (gəmilər üçün universal izləmə sistemi) üçün transponderlər daxil olmaqla rabitə  avadanlığı  nəzərdə tutulub.  Eyni zamanda  “sualtı nəzarət” üzrə təlim üçün vəsait  də planlaşdırılıb.

 

Bununla yanaşı müqavilədə öldürücü silah kimi təsnif ediləcək heç bir silahın olmadığı xüsusi olaraq qeyd edilir.

 

Beləliklə, mövcud məlumatlar, həmçinin səfir Treysinin şərhləri onu deməyə əsas verir ki, Bakı ilə Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ilk növbədə dəniz sərhədlərinin mühafizəsinə, terror təhdidlərinin aradan qaldırılmasına və Xəzər sularında hər iki ölkənin milli maraqlarını qorumağa yönəldilib. Bu isə sözgedən hərbi yardımın Bakı tərəfindən erməni qüvvələrinə qarşı istifadə ehtimalını ən azı  Qarabağın dənizə çıxışı olmaması səbəbindən istisna edir.

 

Saxta.info yuxarıda göstərilən faktları nəzərə alaraq bu qənaətə gəlib ki, Ermənistanın politik.am nəşrinin iddiası tamamilə əsassızdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş