Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
İyulun 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.