Borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılıb

Xəbərlər

04.07.2025 - 13:25

cedabet dərman SEO Xidməti

Narkotiklərlə əlaqədar 2, qanunsuz silah-sursatla bağlı 3 fakt müəyyən edilib

İyulun 3-də ölkə ərazisində qeydə alınan 15, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş