Liderlər NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa sammitində bir araya gəliblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donlad Tramp arasında görüş olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, liderlər NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa sammitində bir araya gəliblər.
Görüş zamanı Ərdoğan İsrail və İran arasında atəşkəs əldə olunmasını alqışlayıb. Prezident Ərdoğan Qəzzadakı humanitar faciənin tezliklə sona çatması üçün yaxın dialoqun vacibliyini vurğulayıb.
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.