Ərdoğanla Conson arasında telefon danışığı olub

Dünya

23.08.2021 - 06:24

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə və Böyük Britaniyanın liderləri Əfqanıstandakı son hadisələri müzakirə ediblər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

 

AYNA xarici mediaya istinadən bildirir ki, danışıq əsnasında ikitərəfli münasibətlər, regional və miqrasiya məsələləri, eləcə də Əfqanıstanda baş verən son hadisələr müzakirə olunub.

 

Ölkəsinin Əfqanıstanda hazırki mövqeyinin prioriteti öz vətəndaşlarının bu ölkədən təxliyəsi olduğunu qeyd edən Türkiyə Prezidenti bu prosesinin Kabil hava limanında əlverişli vəziyyət yarandıqca davam etdiriləcəyini bildirib.

 

Ərdoğan əfqan xalqına qonşu dövlətlərdən də yardım edilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş