Ərdoğan və Putin razılığa gəldi

Dünya

05.03.2020 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə ilə Rusiya arasında İdlib məsələsinə dair razılıq əldə olunduğu bildirilir 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasındakı 2 saat 40 dəqiqəlik görüşdən sonra hər iki ölkənin rəsmiləri bir araya gəlib. 

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndələr arasındakı görüş 3 saata qədər davam edib.

 

Məlumatlara əsasən, görüşdə İdliblə bağlı razılıq əldə edilib və hər iki lider yaxın vaxt ərzində görüşlə bağlı ümumi açıqlama verəcək. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş