Türkiyə liderinin Kiprə səfəri başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.