Ərdoğan Rusiya-Ukrayna böhranı barədə: “Şərtlərin çətinliyini bilirik”

Dünya

22.03.2022 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: “Böhrana son qoymaq üçün diplomatik danışıqlar aparırıq”

Türkiyə olaraq Rusiya-Ukrayna böhranı başlayandan bəri dəqiq mövqeyimizi ortaya qoyduq. Sağlam düşüncə üçün çağırışlar etdik. Təəssüf ki, bu böhran səbəbindən humanitar gərginlik artmaqda davam edir. Buna son qoymaq üçün sıx diplomatik danışıqlar aparırıq. Volodimir Zelenski və Vladimir Putin ilə danışıqlarımız davam edir. Şərtlərin çətinliyini bilirik, lakin yeganə çıxış yolu olan diplomatiya ilə səmimi təşəbbüslərimizi davam etdirəcəyik.

AYNA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Niderlandın Baş naziri Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Türkiyənin Rusiya-Ukrayna danışıqlarında əsas rolu üzərinə aldığını bildirən Baş nazir Mark Rutte bunun üçün Prezident Ərdoğana təşəkkürünü ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş