Türkiyənin Mərkəzi Seçki Komissiyası nəticəni açıqlayıb
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.
AYNA xəbər verir ki, o, hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti 5 illik müddət üçün Türkiyə Prezidenti seçildiyi bildirib.
Yener hazırki nəticələrin müvəqqəti olduğunu, lakin hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun səsvermə bülletenlərinin 99,54 faizi sayılıb. Nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səs qazanıb. Müxalifətin “Millət İttifaqı”nın namizədi, Kamal Kılıçdaroğlu isə 47,89 faiz səs toplayıb.