Ərdoğan Türkiyənin üzərinə düşən vəzifələri yerinə yetirdiyini deyib
"Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətə əsaslanaraq, bundan böhranın qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik".
AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, ölkəsi BMT, NATO, Aİ başda olmaqla, üzv olduğu qurumlarda üzərinə düşən vəzifələri yerinə yetirir və bu prosesi davam etdirir.