Ərdoğan Merkellə videokonfrans formatında görüşüb

Dünya

05.03.2021 - 20:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

 

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, AKP-nin sözçüsü Ömər Çelik, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.

 

Görüşdə Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub.  

Müəllif: Ayna.az