Ərdoğan Babacana nə təklif etmişdi? – Arınç açıqladı

Dünya

09.06.2020 - 17:32

Mücahid Arınç: “Babacan fərqli qərar aldı, başqa yolla getdi”

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mücahid Arınç Demokratiya və İnkişaf Partiyasının sədri Əli Babacanla bağlı maraqlı detallar açıqlayıb. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan vaxtilə Əli Babacana vəzifə təklif edib. Amma Babacan bundan imtina edib.

 

“Hörmətli Prezidentimiz Əli Babacana AKP-də qalmaq üçün təkliflər etdi. Ərdoğan Babacanla bərabər işləməkdə maraqlı idi. Mənim bildiyim qədər, Əli bəyə baş sözçülük vəzifəsi verilməsi danışılmışdı. Amma Babacan fərqli qərar aldı, başqa yolla getdi. Onun qərarına hörmət edib, bundan sonrakı fəaliyyətini görəcəyik”, Arınc vurğulayıb.

 

Qeyd edək ki, Ə.Babacan vaxtilə AKP-nin əsas funksionerlərindən biri olub. O bir neçə il Türkiyənin Xarici İşlər vəzifəsində çalışıb. Daha sonra AKP-dən istefa verən Babacan, bu il Demokratiya və İnkişaf Partiyasını yaradıb, təşkilata rəhbərlik edir.  Mücahid Arınc isə AKP-nin qurucularından olan Bülənt Arıncın oğludur. 

Müəllif: Ayna.az