“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir - VİDEO

Xəbərlər

13.04.2022 - 17:10

Həkimlər Klinikalar SEO Xidməti

Yarış altı mərhələdən ibarətdir

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş