Emin Əmrullayev Şirvanda vətəndaşlarla görüşəcək

Xəbərlər

09.10.2023 - 18:05

cedabet dərman SEO Xidməti

Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək. Nazirlikdən AYNA-ya bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri oktyabrın 12-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş