Emin Əmrullayev 5 rayonun təhsil ictimaiyyəti ilə görüşüb

Xəbərlər

22.04.2022 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə yerli təhsili idarəetmə qurumları ilə bağlı müvafiq tapşırıqlar verilib

Təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfəri çərçivəsində Qazax – Tovuz Regional Təhsil İdarəsinə daxil olan Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb.

Nazirlikdən AYNA-ya bildirilib ki, görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub.

Görüşdə iştirak edən bölgələr üzrə IX sinif buraxılış imtahanının nəticələri, direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşdə yerli təhsili idarəetmə qurumlarının gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib, həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş