“Əmək müqaviləsi bildirişi”nə giriş məhdudlaşdırılacaq

Xəbərlər

06.05.2022 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək

"Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq".

AYNA xəbər verir ki, bu sözlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb. 

Bildirilib ki, “Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş