Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Xəbərlər

18.05.2022 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb

Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb. Nazirlər Kabinetindən AYNA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb. 

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş