Əli Əsədov gürcüstanlı həmkarına məktub göndərib

Xəbərlər

25.12.2020 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın Baş naziri Qaxariyanı yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

 

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə ümidvarlıq ifadə olunub.

 

Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş