Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Xəbərlər

15.07.2022 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş