Egey dənizində 5.5 bal gücündə zəlzələ olub

Dünya

01.08.2021 - 09:58

Həkimlər Klinikalar SEO Xidməti

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur

 

Egey dənizində 5.5 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

 

Yeraltı təkanlar yerli vaxtla saat 07:31-də Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə baş verib. Ocağı dənizin 10.86 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

 

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

 

Qeyd edək ki, son bir neçə saat ərzində Egey dənizində bir neçə zəlzələ baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş