Əfqanıstanda partlayış - 7 ölü, 10 yaralı

Dünya

22.01.2022 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Herat məhəlləsində mikroavtobus partladılıb

Əfqanıstanın şimal-qərbindəki eyniadlı vilayətin inzibati mərkəzi olan Herat şəhərində şənbə günü baş vermiş partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə yerli “Etilaat Roz” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş