Əfqanıstan Prezidenti ölkəni tərk edib

Dünya

16.08.2021 - 01:24

Həkimlər Klinikalar SEO Xidməti

Əşrəf Qani xanımı Rula və iki məsləhətçisi ilə Özbəkistana gedib

 

Vəzifəsindən istefa verən Əfqanıstan Prezidenti Əşrəf Qani xanımı Rula və iki məsləhətçisi ilə Özbəkistana gedib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dohada danışıqlarında iştirak edən Əfqanıstan nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü deyib.

 

Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Qaninin prezidentlikdən istefa verdiyini və ölkəni tərk etdiyini təsdiqləyib.

 

Yeri gəlmişkən, Qani Taliban hərəkatının Kabilə hücum etməyə hazırlaşdığını, buna görə də qırğının qarşısını almaq üçün vəzifəsindən getmək barədə qərar verdiyini açıqlayıb: “Taliban açıq şəkildə bəyan etdi ki, məni hakimiyyətdən devirmək üçün bütünlüklə Kabilə hücum etməyə hazırdırlar. Qırğınların qarşısını almaq üçün getmək qərarına gəldim”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş