Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Xəbərlər

04.11.2020 - 09:41

Müdafiə Nazirliyi məlumat yayıb

 

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

Müəllif: Ayna.az