Düşənbədə güclü partlayış olub

Dünya

02.05.2021 - 10:53

Həkimlər Klinikalar SEO Xidməti

29 nəfər xəstəxanaya çatdırılıb, onların 5-i ağır vəziyyətdədir

 

Bu gecə Tacikistanın paytaxtı Düşənbə şəhərinin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat yoxdur. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb, onların 5-i ağır vəziyyətdədir.

 

Partlayışda baş verən alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib. Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş