Dünyada koronavirusdan sağalanların sayı 80 milyonu ötüb

Dünya

12.02.2021 - 00:29

Virusdan sağalanların sayına görə ABŞ birinci yerdədir 

 

Dünya üzrə koronavirusa yoluxduqdan sonra sağalanların sayı 80 milyonu ötüb. AYNA “Worldometers”ə istinadən xəbər verir ki, sağalanların sayı hazırda 80 milyon 2 min 411 yəşkil edir.

 

Dünyada virusa yoluxmanın ən çox olduğu dörd ölkə, eyni zamanda, sağalmanın da ən yuxarı pilləsindədirlər.

 

ABŞ-da 17 milyon 827 min 330, Hindistanda 10 milyon 571 min 629, Braziliyada 8 milyon 596 min 130 və Rusiyada 3 milyon 538 min 422 nəfər pandemiyaya qalib gəlməyi bacarıb.

 

Türkiyədə 2 milyon 445 min 285, İtaliyada 2 milyon 165 min 817, Almaniyada 2 milyon 87 min 600, Kolumbiyada 2 milyon 55 min 468, İngiltərədə 1 milyon 18 min 844, Argentinada 1 milyon 798 min 120, Meksikada 1 milyon 519 min 572, CAR-da 1 milyon 374 min 368 və Polşada 1 milyon 324 min 101 nəfər ölümcül virusdan sağalıb.

 

Ölkəmizdə bu rəqəm 226 min 119 nəfər təşkil edir.

 

Dünya üzrə 25 milyon 433 min 787 nəfərin müalicəsi davam etdirilir. Ümumi yoluxma sayı 107 milyon 952 min 100-ə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 367 min 365-dir.

Müəllif: Ayna.az