Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu ötüb

Dünya

19.02.2022 - 04:38

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ birinci yerdədir

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 418 milyonu, ölənlərin sayı isə 5,85 milyonu keçib.

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST 418 650 474 nəfərin yoluxduğu, 5 856 224 nəfərin öldüyü barədə rəqəmlər açıqlayıb.

Gün ərzində yoluxanların sayı 1 963 747 nəfər, ölənlərin sayı 11 413 nəfər artıb.

Ən çox yoluxma halları ABŞ-da (77 521 589), Hindistanda (42 780 235) və Braziliyadadır (27 806 786).

Ölüm sayına görə də birinci yerdə ABŞ gəlir (921 984). İkinci sırada Braziliya (640 774), üçüncü yerdə isə Hindistan (510 905) qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş