Yoluxma sayına görə ABŞ birinci yerdədir
Dünyada koronavirusa yoluxma hallarının sayı 360 milyonu, ölənlərin sayı isə 5,62 milyonu keçib.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Hazırda yoluxma sayı 360 578 392 nəfər təşkil edir. Koronavirus infeksiyasından 5 620 865 nəfər ölüb. Gün ərzində yoluxanların sayı 3 395 352 nəfər, ölənlərin sayı 10 176 nəfər artıb.
Pandemiyanın bütün dövrü üçün maksimum göstərici yanvarın 26-da qeydə alınıb, belə ki, 24 saat ərzində 3 962 990 yoluxma halı aşkar edilib.
Ən çox yoluxma halları ABŞ (71 812 665), Hindistan (40 371 500) və Braziliya (24 311 317) qeydə alınıb.